Ərdoğan dünyanı işğala qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa  ÇAĞIRDI
27 Sen 2020 16:53
688

Ərdoğan dünyanı işğala qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa ÇAĞIRDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə Azərbaycana edilən təxribatla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, “Twitter” hesabından etdiyi paylaşımda Türkiyə lideri bildirib ki, “Bugün telefon danışığı zamanı bacarıq və qətiyyətinə bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə də dediyim kimi, Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirərək davam etdirəcək”.

Türkiyə prezidenti qeyd edib ki, Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bir daha bölgədəki sülh və əmin-amanlığa ən böyük təhdid olduğunu göstərdi:

“Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır.

Ermənistanın təxribatçı təcavüzünə qarşı lazımlı və kifayət qədər reaksiya göstərə bilməyən beynəlxalq ictimaiyyət bir daha öz ikili standartlarını göstərməkdədir. Təxminən 30 ildir səhlənkar münasibətini qoruyan Minsk üçlüyü təəssüf ki, həll yönümlü davranmaqdan çox uzaqdır”.

Türkiyə başçısı erməni xalqını onları fəlakətə sürükləyən rəhbərlərinə və onlardan kukla kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edib.

O, bütün dünyanı işğala və zülmə qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa çağırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər