“Ərdoğan güzəştə getmir, amma biz...” - Alman ekspertdən şok iddia
07 Apr 2021 23:58
464

“Ərdoğan güzəştə getmir, amma biz...” - Alman ekspertdən şok iddia

“Bölgədə güc tarazlığı dəyişib, Avropa Birliyi bir çox sahədə Türkiyə ilə əməkdaşlıq etməyə məcburdur”.

Yenisabah.az xəbər verir ki, bunu alman siyasi ekspert Günter Şufert deyib.

“Güc tarazlığı dəyişib, Avropa Birliyi bir çox sahədə Türkiyə ilə əməkdaşlığa məcburdur. Ərdoğan siyasətini yumşaltmasa da, Avropa Birliyi ard-arda güzəştə gedir”, - ekspert bildirib.

Şufertə görə, Türkiyə yeni dünya düzənində fürsətlərdən çox yaxşı şəkildə istifadə bilir: “Türkiyə bu fürsətlərdən mövqeyini daha da gücləndirmək üçün istifadə edir. Bu səbəbdən özünə çox güvənir, ordusunu daha çox silahlandırır”./Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər