Ərdoğan Nazirlər Kabinetinin təcili iclasını çağırdı 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Nazirlər Kabinetinin təcili iclasını çağırdı 

Dünya

05 Avqust 2024 12:09 577


Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək. 

Modern.az xəbər verir ki, toplantının əsas gündəmi İsrailin Fələstində həyata keçirdiyi hücumlar olacaq.

Bu, Türkiyə Nazirlər Kabinetinin 3 həftəlik fasilədən sonra yenidən sıx gündəmlə bağlı toplantsı olacaq. pizza mizza

“Hürriyet” xəbər verir ki, Türkiyə Yaxın Şərqdəki prosesləri diqqətlə izləyir. HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi, Tehranın Təl-Əvivə mümkün cavabı və İsrailin Livana hücumlarından sonra bölgədə gərginlik daha da artıb.

Nazirlər Kabinetinin iclasında İsrailin baş naziri Benyamin Netanyahunun bölgədə gərginliyi yaymaq cəhdlərinə qarşı izləniləcək yol xəritəsi müzakirə olunacaq. Qəzza zolağında hücumları davam etdirən İsrailə beynəlxalq təzyiqləri artırmaq və fələstinlilərə təcili humanitar yardım göstərmək üçün atılacaq addımlar müzakirə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!