Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskvanın Türkiyədə "Akkuyu" atom elektrik stansiyasından əlavə yeni AES-lərin inşası üzərində çalışacağını bildirib.
"Yeni Sabah" xəbər verir ki, Ərdoğan bunu Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə görüşü zamanı deyib.
Görüş zamanı, həmçinin ikitərəfli və regional gündəlikdə olan məsələlər müzakirə olunub. pizza mizza
Qeyd edək ki, daha əvvəl "Rosatom"un rəhbəri Aleksey Lixaçov Türkiyədəki "Akkuyu" AES-in bu ilin payız-qış aylarında istismara verilməsinə hazırlıqların getdiyini bildirmişdi./Oxu.az
Telegram kanalımız