Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Dünya

28 Sentyabr 2022 12:05 840


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Yenisabah.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iclasda ölkənin Silahlı Qüvvələrinin Suriyanın şimalında mümkün əməliyyatı, həmçinin Yunanıstanın Egey adalarına silah göndərməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

"İclasda terrorla mübarizə də mühüm mövzulardan biri olacaq. Daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın Türkiyədə olduğu kimi, Suriya və İraqda da davam edən terrorla mübarizə əməliyyatları ilə bağlı təqdimatları gözlənilir”, - deyə məlumatda bildirilir. Pepperoni pizza

Bundan əvvəl Türkiyə lideri bildirib ki, Ankara Suriyanın şimalında beynəlxalq ictimaiyyət tərəfindən anlaşılacaq hərbi əməliyyat keçirəcək. Onun sözlərinə görə, Ankaranın belə təcrübəsi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!