Ərdoğan Yunanıstanı təxribatlardan çəkinməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Yunanıstanı təxribatlardan çəkinməyə çağırdı

Dünya

20 Sentyabr 2022 22:50 990


“Kipr məsələsində ədalətli, davamlı bir həllə nail olmaq üçün Şimali Kipr Türk Cumhiriyyəti ilə birgə xoşniyyətli və konstruktiv səylər göstərdik”.

APA-nın İstanbul müxbirinin İsrail KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti sanksiyalarla dünyadan qoparmağa çalışdıqları Kipr türklərinə qarşı zülmə son verməyə, Şimali Kipr Türk Cumhiriyyətini rəsmi olaraq tanımağa dəvət edib. pizza

Ərdoğan Yunanıstanı isə təxribatlardan çəkinməyə çağırıb:

“Ölkəzmizlə siyasi və hərbi səviyyəcə əsla müqayisə olunmayan, güc nümayişi göstərənlər özünü gülünc vəziyyətə salırlar. Şərqi Aralıq dənizində sülh və sabitliyin davam etdirilməsi bütün tərəflərə hörmətdən asılıdır. Yunanıstandan gərginlik və təxribat siyasətini bir kənara qoyaraq, əməkdaşlıq və həmrəylik çağırışlarımızı eşitməklərini gözləyirik”, - deyə Ərdoğan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!