Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

Hadisə

01 Avqust 2026 13:06 79


Türkiyə Daxili İşlər Nazirliyi 2016-cı il iyulun 15-də Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən qaçaq şəxsin saxlanıldığını elan edib.

“Yeni Sabah” xəbər verir ki, saxlanılan şəxs Prezidentə sui-qəsd etmək niyyəti ilə zorakı dövlət çevrilişi cəhdi günü Marmaris vilayətinə gələn Fətullah Gülən Terror Təşkilatının (FETÖ) 37 tərəfdarından ibarət qrupun üzvü olub.

Nazirlik qeyd edib ki, İnterpolun qırmızı bülleteninə daxil edilmiş FETÖ terrorçusu B.K. avqustun 1-də səhər saatlarında Afyonkarahisar vilayətində keçirilən əməliyyat zamanı yaxalanıb. pizza hut

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına əməliyyatın uğurlu icrasına görə təşəkkür edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!