Ərdoğandan ağır sözlər: “Hər cür vicdansızlıq edirlər“

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan ağır sözlər: “Hər cür vicdansızlıq edirlər“

Siyasət

18 May 2023 11:41 895


Parlament seçkilərinin "Millət İttifaqı"nın qələbəsi ilə nəticələnməsi, prezident seçkilərində ciddi fərqin olması CHP sədrinin və onun idarəçiliyinin tarazlığını pozub. 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün sosial media hesablarında yazıb. 

O qeyd edib ki, müxalifət səsini qazana bilmədiyi vətəndaşlara qarşı insani dəyərlərə sığmayan hücumlar edir. 

"Bu dairələr zəlzələ bölgəsinə göndərdikləri yardımı kəsməkdən tutmuş, zəlzələ qurbanlarını otellərdən qovmağa qədər hər cür vicdansızlıq nümayiş etdirirlər. Sosial şəbəkələrdəki çirkin kampaniyaları demirəm...", - deyə Ərdoğan bildirib. 

Türkiyə liderinin sözlərinə görə, zəlzələ qurbanları baş verənlərdən çox narahatdırlar. 

"Biz zəlzələ qurbanlarını yanında olmağa davam edəcəyik", - o vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!