Ərdoğandan çağırış: “Türkiyəyə sərmayə yatıran qazanır”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan çağırış: “Türkiyəyə sərmayə yatıran qazanır”

Dünya

22 Sentyabr 2026 09:13 279


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də çıxışı zamanı ölkəsinə sərmayə yatırmaq istəyən iş adamlarına çağırış edib.

“Yeni Sabah” xəbər verir ki, Ərdoğan Nyu-Yorkda keçirilən “100 illik dostluq: Türkiyə-Amerika Birləşmiş Ştatları” tədbirində çıxış edib. O bildirib ki, son 10 ildə Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsi iki dəfə artıb. Ərdoğanın sözlərinə görə, 2025-ci ildə iki ölkə arasındakı ticarət 38 milyard dolları keçib, bu ilin ilk 8 ayında isə 28 milyard dollara çatıb. O, ilin sonunda bu göstəricinin 40 milyard dolları keçəcəyini deyib.

Ərdoğan ABŞ ilə Türkiyə arasında 100 milyard dollarlıq ticarət hədəfinin müəyyənləşdirildiyini də xatırladıb. Türkiyə Prezidenti ölkəsinin mühüm coğrafi mövqeyə malik olduğunu vurğulayaraq amerikalı iş adamlarını Türkiyəyə sərmayə qoymağa çağırıb. Pepperoni pizza

“Türkiyəyə sərmayə yatıran həmişə qazanc əldə edib. Türkiyə ona güvənənləri heç vaxt yarı yolda qoymayıb. İndi bu güclü zəmin üzərində yeni sərmayə mərhələsinə başlayırıq”, - deyə Ərdoğan bildirib. O, son 24 ildə Türkiyəyə yatırılan birbaşa xarici sərmayənin 300 milyard dollara yaxınlaşdığını açıqlayıb.

Ərdoğan həmçinin Türkiyədə sərmayə qoyan şirkətlər üçün vergi güzəştlərinin tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, hökumət xarici şirkətləri əməliyyatlarını Türkiyədən idarə etməyə dəvət edir.

Çıxışında müdafiə sənayesinə də toxunan Ərdoğan Türkiyənin müdafiə məhsulları ixracının 10 milyard dolları keçdiyini deyib. O, ABŞ ilə enerji, mülki aviasiya, yüksək texnologiya və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!