Ərdoğanın sədrliyi ilə Ali Məşvərət Şurasının iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın sədrliyi ilə Ali Məşvərət Şurasının iclası keçirildi

Siyasət

14 Oktyabr 2026 23:37 91


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident yanında Ali Məşvərət Şurasının iclası keçirilib.

"Yeni Sabah" Türkiyə KİV-ə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən toplantıdan sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran yazılı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Ali Məşvərət Şurasının gündəliyində regionda və dünyada baş verən son hadisələr yer alıb. pizza

Toplantıda regionda gərgin günlərin yaşandığı, İsrailin Qəzza və İordan çayının Qərb sahilinə hücumlarından sonra Əl-Əqsa məscidini hədəf alan təxribatlara əl atdığı vurğulanıb. Həmçinin İsrailin Suriyanın yenidən inkişaf etməsinə mane olmağa çalışdığı qeyd edilib.

Məkkədə Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Birgə Müdafiə Sazişinin qardaş ölkələrlə həmrəyliyi gücləndirdiyi bildirilib. İclasda Türkiyənin təxribatlara uymadan, sağlam düşüncə və soyuqqanlılıqla prosesləri idarə etdiyi də vurğulanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!