Ərə getmək istəyən aktrisa: “Yazırlar ki, özü boyda qızı var”

saytların hazırlanması

Evə çatdırılma

Ərə getmək istəyən aktrisa: “Yazırlar ki, özü boyda qızı var”

Şou

20 Noyabr 2022 12:33 48352


Aktrisa Sonaxanım Əliyeva ikinci dəfə ailə qurmaq istəyinə görə tənqid olunub.

Bu barədə aktrisa "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, bu arzusuna görə onu qınayanlar çoxdur:

"Ərə getmək istəyimə görə qınaq atəşinə tutulmuşam. Cəmi 10 faiz insan sosial şəbəkələrdə haqqımda yaxşı şeylər yazdılar. Başqa bir şey etmirəm ki, ərə gedirəm. Efirə gələndə heç o barədə ağlımda bir fikir yox idi. Yazırlar ki, özü boyda qızı var, nə düşünür görəsən?". Pepperoni pizza

Qeyd edək ki, Sonaxanım bir neçə gün əvvəl “Bizimləsən” verilişində ərə getmək istədiyini dilə gətirmişdi. Aktrisanın qızı Nərgiz də canlı yayım zamanı proqrama zəng edərək anasının növbəti dəfə ailə qurması haqda arzusunu dəstəklədiyini bildirmişdi. 

Sənətçi ilk həyat yoldaşında xəyanətə görə boşanıb./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ferhad
    Bizim millet heqiqi menada bedbaxt milletdir. Neyede ere getmesinki, burda pis ne varki, pozgunlug edənde deyirlerki pozgundur, halal yolla ere gedendede qiniyirlar. Allahin icaze verdiyi seyde bendeyle meskehet olunmaz.
    3 years ago