Ərəb ölkələri Suriyaya dəstək verdi, Qətər isə...

saytların hazırlanması

Evə çatdırılma

Ərəb ölkələri Suriyaya dəstək verdi, Qətər isə...

Dünya

08 May 2023 21:55 866


Ərəb Liqasının son iclasında Suriyanın ərəb ölkələri sırasına qayıtması məsələsinə müsbət rəy verilsə də, Qətər Dəməşqin siyasəti ilə bağlı öz mövqeyini dəyişmədiyini bəyan edib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohanın Suriya ilə bağı əvvəlki mövqeyində qaldığını, eyni zamanda, Ərəb Liqasının Dəməşqin ərəb ölkələri ailəsinə qayıtması ilə bağlı qərarına etiraz etmədiyini deyib.

Onun sözlərinə görə, Suriya rəhbərliyi, ilk növbədə, ölkə daxilində sabiqlik yaratmalı, öz xalqının birliyini təmin etməlidir. pizza hut

Qeyd edək ki, Qahirədə keçirilən Ərəb Liqasının iclasında ərəb ölkələrinin xarici işlər nazirləri Suriyanın bu təşkilatda üzvlüyünün bərpasına səs vermişdi. Bu məsələ mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək Ərəb Liqası sammitində dövlət başçıları səviyyəsində də müzakirə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!