“Ərim xəyanət etsə...“ - Aşıq Zülfiyyədən şok etiraflar

saytların hazırlanması

Evə çatdırılma

“Ərim xəyanət etsə...“ - Aşıq Zülfiyyədən şok etiraflar

Şou

28 Oktyabr 2021 12:06 1642


Aşıq Zülfiyyə şəxsi həyatı ilə bağlı bəzi etiraflar edib.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “1 Dəqiqə” proqramında qonaq olan ifaçı həyat yoldaşı ilə evliliyindən danışıb:

“Biz nişanlı idi. 8 ay nişanlı qalmışıq. Bir gün filarmoniyada konsert olacaqdı. Sakit (həyat yoldaşı - red.) gəlib atama dedi ki, icazə verin, Zülfiyyəni mən aparım. Atam da qardaşımı və bacımı bizimlə birgə göndərdi. Elə həmin konsertdən sonra birlikdə qaçdıq. Çünki məni başqa bir oğlan sevirdi, qaçıracaqdı, Sakit də bunu bilirdi. pizza

Özümdən çox Sakitə inanıram, güvənirəm. Əminəm ki, bu günə kimi mənə xəyanət etməyib. Hətta gəlib görsəm ki, Sakit bir xanımla oturub söhbət edir, həyatım boyu başqa bir şey fikirləşmərəm. Onu başqa vəziyyətdə görsəm belə biruzə vermərəm. Heç o xanıma bildirmərəm ki, mən onun arvadıyam, elə bilər ki, bacısıyam. Hansısa restoranda ərimi başqa xanımla isti münasibətdə görsəm, hesabı verib çıxaram. Gördüyümü də görməzliyə vuraram. Mən dava adamı deyiləm. Mənə xəyanət etsə, bağışlayaram. Bağışlamayıb nə edəcəm ki?!”

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!