Ərli qadın sevgilisinin evində ölü tapıldı
01 Dek 2020 17:29
525

Ərli qadın sevgilisinin evində ölü tapıldı

Türkiyədə xalasıgilə gedəcəyini deyərək evdən çıxan gənc qadın binanın qarşısında ölü tapılıb.

Yenisabah.az xəbər verir ki, hadisə Bursada Nilufər məhəlləsində yaşanıb. Nuray adlı qadın həyat yoldaşına, “Küçəyə çıxma qadağası var, ona görə xalamgildə qalacam”,-deyərək gizli sevgilisinin evinə gedib. Sevgililər gecəni bir yerdə keçirməyi qərara alıblar.

İddialara görə, Yusif adlı şəxs duş qəbul etdikdən sonra qadını yataq otağında hərəkətsiz halda görüb. O, stress keçirdiyi üçün nə edəcəyini bilməyib. Bir müddət sonra təcili yardıma zəng vuraraq qapısında huşsuz qadın tapdığını deyib. Tibb işçiləri qadının öldüyünün dedikdə isə, o, qadının mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Bir müddət sonra polislər tərəfindən saxlanılan şəxs hər şeyi etiraf etmək məcburiyyətində qalıb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər