Erməni aktyorun Mehriban Əliyevanın paylaşımına yazdığı şərh Ermənistanı qarışdırdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Erməni aktyorun Mehriban Əliyevanın paylaşımına yazdığı şərh Ermənistanı qarışdırdı - Foto

Siyasət

17 Mart 2021 13:55 7029


Erməni aktyor Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın "Facebook" səhifəsindəki paylaşımına yazdığı şərh Ermənistanı qarışdırıb.

“Yeni Sabah” xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa sonuncu səfəri zamanı çəkdirdiyi fotosunu paylaşıb.

Erməni aktyor Hovhannes Azoyan həmin paylaşımın altına "İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın” - deyə şərh yazıb. Ermənilər isə Azoyanı bu sözlərinə görə sərt tənqid atəşinə tutublar. Onu xainlikdə günahlandırıblar.

Qeyd edək ki, Hovhannes Azoyan 1982-ci ildə doğulub, Ermənistanın ən məşhur aktyorlarından biridir. 

Bəhs edilən fotonu təqdim edirik: / Yeniavaz.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!