"Bu günə kimi Ermənistanla Azərbaycan arasında heç bir sənəd müzakirə olunmur. Əks halda bunu gizlətmək mümkün olmayacaqdı".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu martın 24-də Ermənistan Milli Məclisində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vladimir Vardanyan deyib.
Onun sözlərinə görə, hər hansı bir sənəd haqqında danışmaq sadəcə olaraq lüzumsuzdur.
Parlamentarinin fikrincə, başa düşmək lazımdır ki, indiki halda söhbət gizlədilə bilməyən beynəlxalq müqavilədən gedir:
“Belə sənədlər müxtəlif beynəlxalq və ölkədaxili prosedurlardan keçir. Bu, ratifikasiyadır, lazım gələrsə, referendumdur”.
O, həmçinin xatırladıb ki, 1945-ci ildən sonra beynəlxalq hüquq faktiki olaraq hər hansı gizli saziş və müqavilələrin imzalanmasını qadağan edib. Əks halda, nümayəndə
Telegram kanalımız