“Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi imkanın yaranması ilə bağlı bəyanatı ilə razıyam”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vaqarşak Akopyan deyib.
“Hesab edirəm ki, bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin alternativi olmadığı barədə qarşılıqlı anlaşma var. Bu, son dövrlərdə əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir. Uzun müddətdir ki, öz gündəmində sülhü prioritet sayan Ermənistan Respublikası sülh müqaviləsi imzalamağa doğru irəliləyir”, – deyə Akopyan əlavə edib.
Telegram kanalımız