Erməni deputat Laçın dəhlizi ilə bağlı Ərdoğana müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat Laçın dəhlizi ilə bağlı Ərdoğana müraciət etdi

Siyasət

29 Dekabr 2022 18:48 2322


Karo Paylan Laçın dəhlizi ilə bağlı Ərdoğana müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermenihaber məlumat yayıb. Türkiyə Böyük Millət Məclisinin müxalifətçi erməni deputatı Karo Paylan Laçın dəhlizindəki vəziyyətə toxunub.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “Qarabağın blokadasına son qoyulması üçün məsuliyyəti öz üzərinə götürməyə” çağırıb.

“Əgər biz hamımız Qarabağda humanitar böhranın aradan qaldırılması üçün məsuliyyəti öz üzərimizə götürsək, o zaman Azərbaycan-Ermənistan sülh prosesində və Türkiyə-Ermənistan nizamlanması prosesində müsbət gündəmə qayıda bilərik”,- deyə o bildirib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!