Erməni deputat Laçın yoluna görə Çavuşoğluna müraciət etdi 

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat Laçın yoluna görə Çavuşoğluna müraciət etdi 

Siyasət

17 Yanvar 2023 13:38 751


Türkiyədə fəaliyyət göstərən müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan erməni deputat Karo Paylan Laçın dəhlizi ilə bağlı məsələni Böyük Millət Məclisinin gündəliyinə çıxarıb. 

Modern.az “Ermenihaber”ə istinadən xəbər verir ki, Karo Paylan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna ünvanlanan yazılı sorğunu Məclisə təqdim edib.

Orada qeyd olunub ki, “Laçın dəhlizi azərbaycanlılar tərəfindən bir aydan çoxdur ki, bağlanıb”.

Erməni deputat iddia edib ki, Qarabağda əsas malların və dərmanların çatışmazlığı hər gün artır. 

Karo Paylan Çavuşoğluna “Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin açılması üçün hansı diplomatik təşəbbüslərlə çıxış etmisiniz” sualı da ünvanlayıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!