Erməni deputat Rusiya ordusunu qaloşla müqayisə etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat Rusiya ordusunu qaloşla müqayisə etdi - VİDEO

Siyasət

29 Aprel 2021 12:48 3107


Ermənistan deputatı Arman Babacanyan parlamentdə çıxışı zamanı Rusiyanı aşağılayıb. Azvision.az xəbər verir ki, deputat tribunadan rezin ayaqqabı (Qaloş - red.) nümayiş etdirərək, bunu Rusiya ilə müqayisə edib.

Babacanyan Ermənistan silahlı qüvvələrinin Rusiya ordusu modelində yenidən qurulmasını tənqid edib:

"Bilirsiniz bu nədir? Bu Rusiya istehsalı olan qaloşdur. İndi bu qaloşları modernləşdirmək, yeniləmək istəyirsiniz. Qaloşlar dəyişdirilsə də, onlar modernləşdirilmiş, ya da nanoqaloşlar olaraq qalacaqlar".

Erməni deputat, həmçinin qeyd edib ki, silahlı qüvvələrdə islahatların aparılması Rusiyanın köməyi ilə edilməlidir, amma ordunun qurulmasında başqa istiqamətlərə də baxılmalıdır: "Silahlı Qüvvələrimizə real modernləşmə üçün yeni şəraitlər yaradın".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!