Sülh müqaviləsi, yəqin ki, Bakını qane etmir.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.
“Azərbaycan başa düşür ki, Ermənistan iqtisadiyyatı bundan sonra çox sürətlə inkişaf edə və ölkənin inkişafı üçün ciddi perspektivlər yarana bilər. Onlar bütün bunları çox yaxşı təhlil edirlər və təbii ki, Ermənistan üçün belə bir perspektivdən qətiyyən ruhlanmırlar. Azərbaycan sülh müqaviləsinin bağlanmaması üçün hər şeyi edir”, - deyə Xaçatryan vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan indi hər şeyi edir ki, müqavilə imzalansa belə, 9 noyabr bəyanatına bənzər bir sənəd olsun və sonradan bütün bəndlər pozulsun. “Bunu görürük və belə bir şeyə imkan verməyəcəyik. Beynəlxalq birlik də var, Qərb var, çoxlu ölkələr, maraqlar var. Bu gün Azərbaycana beynəlxalq diplomatik təzyiq kifayət qədər böyükdür, Bakı konstruktiv sahəyə qaytarılmalıdır”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
Telegram kanalımız