Ermənistanda siyasi məhbusların sayı artıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı, Daşnaksütyun Partiyasının Baş Assambleyasının üzvü İşxan Saqatelyan öz "Facebook" səhifəsində yazıb.
“Ermənistanda yeni siyasi məhbus - Qarnik Manukyan var, onun barəsində 2 gün əvvəl qanunsuz iki aylıq həbs qərarı çıxarılıb. Daha əvvəl 72 saat həbsdə olan Unan Melkonyan və Artavazd Markaryan sərbəst buraxılıb”, - deyə o qeyd edib.
Saqatelyanın sözlərinə görə, Ermənistanda artan repressiyaların bir neçə məqsədi var:
“Milli” qüvvələrin təmsilçilərinə qarşı qondarma cinayət işlərinə başlamaqla, hakimiyyətə qarşı aparılan amansız mübarizəni zəiflətmək, Ermənistan küçələrində “Vətən” uğrunda gedən mübarizəni gözdən salmaq və bu mübarizənin iştirakçılarını cəzalandırmaq, bütün bu hərəkətlərlə yeni mübarizə dalğasının qarşısını almaq, insanları ondan uzaqlaşdırmağa çalışmaq və s".
Telegram kanalımız