Erməni deputat Türkiyəyə göndərilən humanitar yardımdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat Türkiyəyə göndərilən humanitar yardımdan danışdı

Rəsmi

13 Fevral 2023 13:39 946


“Ermənistan beynəlxalq birliyin normal üzvü kimi, xüsusən də belə miqyasda baş verən oxşar fəlakətlərə həmişə reaksiya verməli və öz köməyini təklif etməlidir”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan deyib.

Ermənistanla Türkiyə arasında danışıqlara və Ermənistanın humanitar yardım addımının ona təsirinə toxunan deputat bunu müsbət impuls hesab edib:

“Görürük ki, istəsək, sərhədi açmaq, yolları, kommunikasiyaları istismar etmək olar. Ümid edək ki, Türkiyə hökuməti bu prosesə daha çox meylli olacaq və biz nəticələri daha tez görəcəyik”.

Xatırladaq ki, fevralın 11-də Ermənistan Türkiyəyə humanitar yardım göndərib. Humanitar yardım aparan yük maşınları Marqara körpüsü ilə Alican sərhəd-keçid məntəqəsini keçərək zəlzələdən zərər çəkmiş bölgəyə üz tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!