"Danışıqların gedişatı elədir ki, vaxtaşırı fikirlər, yanaşmalar üst-üstə düşür, yenidən problemlər yarananda proseslər baş verir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sergey Baqratyan deyib.
O bildirib: “1975-ci ilin xəritələrinə istiqamətləndirmə ilə bağlı təklif Rusiya tərəfdən idi. O, Amerika, Ermənistan tərəfləri üçün də məqbul idi, lakin azərbaycanlılar bunu qəbul etmirlər. Hansı əsaslarla onları qəbul etmirlər, izah etmək və mübahisə etmək lazımdır, çünki hansı xəritələrin əsas götürülməsi barədə qərarı təkcə Azərbaycan vermir. Hesab edirəm ki, Bakı iki fövqəldövlətin - ABŞ və Rusiyanın təklif etdiyi xəritəni qəbul etməlidir”.
S. Baqratyan vurğulayıb: “Bizim (Ermənistan - red.) İran və Türkiyə ilə sərhədlərimiz var, Ermənistan-Azərbaycan sərhədində müəyyən problemlər var, Ermənistan-Gürcüstan sərhədində demarkasiya aparılmayıb. Amma Gürcüstan dost ölkə olduğundan bu, prioritet deyil. Hazırda prioritet Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və onun başa çatdırılması prosesidir. 1975-ci ilin xəritələri vəziyyəti kifayət qədər yaxşı əks etdirir, baxmayaraq ki, fraksiyamızda əvvəlki dövrə aid xəritəni qəbul etmək təklifi var idi”.
Deputat onu da əlavə edib ki, sülh müqaviləsi delimitasiyaya əsaslanmalıdır və bu mənada sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı danışıqlar aparılır.
Telegram kanalımız