Bir qrup erməni deputat Türkiyəyə yollanıb.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan parlament nümayəndə heyətinin İstanbula getməsi ilə bağlı sərəncam imzalayıb.
İyunun 19-dan 22-dək hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları Hasmik Akopyan və Tsovinar Vardanyan Parlamentlərarası İttifaqın miqrasiya məsələləri üzrə konfransında iştirak etmək üçün İstanbula ezam olunublar.
Telegram kanalımız