Erməni deputatlar Zəngəzura gəlir

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputatlar Zəngəzura gəlir

Rəsmi

11 Aprel 2023 23:30 1228


“Ermənistan” fraksiyasının deputatları Sünikə (Zəngəzur) yola düşüblər.

Yenisabah.az xəbər verir ki, bu barədə sözügedən fraksiyadan olan deputat Aqnessa Xamoyan yerli mediaya açıqlamasında deyib.

O, başqa təfərrüat verə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, bu gün ermənilər Dığ kəndi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusuna qarşı təxribat törədiblər. Nəticədə 3 hərbçimiz şəhid olub.

Ordumuzun cavab zərbələri nəticəsində Ermənistan MN 4 əsgərinin öldüyünü, 6-nın yaralandığını bildirir. Erməni sosial şəbəkə istifadəçiləri isə onlarla itki verdiklərini qeyd edirlər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!