Ermənistan-Azərbaycan danışıqları və son rəsmi görüşlər fonunda, eləcə də Praqada keçirilən Paşinyan-Ərdoğan və Paşinyan-Əliyev görüşlərindən sonra erməni diasporunda da gərgin proseslər gedir.
Yenisabah.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Erməni nəşrinin məlumatına görə, diaspor bir sıra erməni şəhərlərində Ermənistan hakimiyyətinin davam edən danışıqlar prosesində məğlubiyyət və güzəşt siyasətinin davam etdirilməsini, habelə Qarabağ məsələsindən hakimiyyət komandasının əllərini üzməsini böyük narazılıqla qəbul edib:
“Bizdə məlumat var ki, həftəsonu Avropanın bir sıra ölkələrinin erməni icmalarında görüşlər olub. Görüşlərdə onların növbəti addımları müzakirə olunub. Mənbələrimizin bildirdiyinə görə, diaspor bu məsələ ilə bağlı öz yanaşmalarını və dediklərini eşitdirmək üçün etiraz aksiyaları keçirmək planlaşdırılır.
Üstəlik, Almaniyadakı Ermənistan səfiri ilə görüşdə bir neçə diaspor nümayəndəsi susmaq fikrində olmadıqlarını bildirərək, səfirdən Türkiyə və Azərbaycanla mümkün sazişlərin imzalanması faktına diasporun münasibətinin necə olduğunu Ermənistanın siyasi rəhbərliyinə çatdırmağı tələb ediblər”.
Telegram kanalımız