Erməni diversantlar Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçməyə cəhd edib  - Yenilənib

Erməni diversantlar Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçməyə cəhd edib - Yenilənib

Hadisə Veb saytların hazırlanması

26 May 2023 20:57 3011


May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

***

Bir qrup erməni diversantı Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçməyə cəhd edib.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, erməni diversantlarının bu cəhdinin qarşısı alınıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib. İki diversant saxlanılıb.

Detallar barədə tezliklə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!