Erməni əsgər anaları Anna Akopyanı evlərindən qovur

saytların hazırlanması

Evə çatdırılma

Erməni əsgər anaları Anna Akopyanı evlərindən qovur

Maraqlı

15 Dekabr 2020 15:05 1202


Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan son həftələri Qarabağda ölən erməni hərbçilərin valideynlərinin evlərinə gedir.

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, vitse-spiker Lena Nazaryanla birgə həyata keçirilən belə ziyarətlər zamanı o, əsgər valideynlərinə başsağlığı verməyə deyil, Paşinyanın səhv addımlarına haqq qazandırmağa, siyasi dividentlər qazanmağa çalışır.

“Bizdə olan məlumata görə, Anna Akopyan əsgər valideynləri ilə görüşlərdə ciddi problemlərlə üzləşib. Belə ki, övladını itirən yüzlərlə ailə Anna Akopyanla görüşdən imtina edir. Onların fikrincə, baş verənlərin əsas səbəbkarı Ermənistanın hazırkı siyasi rəhbərliyi, o cümlədən Anna Akopyandır”- deyə jurnalistlər yazır.

Modern.az yazır ki, ötən ay ərzində Anna Akopyanın azı 5 evdən əsgər valideynləri tərəfindən qovulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!