Ermənistanda əsgər komandiri güllələyib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl Sünik vilayətinin hərbi hissələrindən birində baş verib.
Sıravi əsgər bölmə komandanının ayağına atəş açıb. Sonra isə özünə xəsarət yetirib.
Əsgər xəstəxanaya aparılıb. Onun həyatı təhlükədə deyil.
Ermənistanın Müdafiə Nazirliyi insidenti şərh etməyib.
Telegram kanalımız