Erməni əsgərləri qəzaya düşdü: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Erməni əsgərləri qəzaya düşdü: Ölən və yaralananlar var

Rəsmi

25 İyun 2022 10:35 1197


Ermənistanda hərbçiləri daşıyan “KamAZ” markalı avtomobil qəzaya uğrayıb.

Yenisabah.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə Sünik (Qərbi Zəngəzur) bölgəsində baş verib.

Məlumata görə, “Mercedes” markalı minik avtomobili ilə Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” toqquşub. Qəza nəticəsində bir hərbçi ölüb, dörd nəfər yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. 

Ölən və yaralananların kimliyi müəyyənləşdirilir. Hadisənin səbəbi barədə məlumat verilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!