Erməni əsilli bacılar Bakıya gəldi: “Həm oteldə, həm taksidə...”

saytların hazırlanması

Evə çatdırılma

Erməni əsilli bacılar Bakıya gəldi: “Həm oteldə, həm taksidə...”

Hadisə

30 Sentyabr 2026 21:28 774


Rusiyanın Sankt-Peterburq şəhərindən olan erməni əsilli Olqa Tamazyan 2026-cı ildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün bacısı ilə birlikdə Bakıya gəlib.

"Bakupost" xəbər verir ki, o, səfəri barədə sosial şəbəkədə paylaşım edib.

O.Tamazyan bildirib ki, bu səfərə əvvəlcədən hazırlaşıb: Dördpendirli pizza

“Bütün mümkün qurumlara yazmaq qərarına gəldim. Hamısı mənə cavab verdi ki, əlbəttə, sizi gözləyirik, gəlin, heç bir problem yaranmamalıdır”.

O.Tamazyan deyib ki, səfərdən öncə bəzi şəxslər onları valideynlərinin mənşəyi, qohumlarının yaşadığı yer və Qarabağla əlaqələrinin olub-olmaması ilə bağlı mümkün suallar barədə xəbərdar ediblər. Ancaq onları Bakıda heç kim sorğu-sual etməyib. 5 günlük səfər boyu erməni soyadına görə heç bir mənfi münasibətlə qarşılaşmayıblar.

“Biz ölkəyə gələndə beş gün qaldıq, hamı bizim erməni soyadımızın olduğunu açıq şəkildə görürdü. Həm oteldə, həm taksidə və s. Bir nəfər də bizə pis nəsə demədi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!