Hazırda Xorvatiyanın “NK Osiyek” klubunda mərkəz müdafiəçisi kimi çıxış edən erməni futbolçu Styopa Mkrtçyan Bakıya gəlməyəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə idman jurnalisti Suren Meliksetyan məlumat yayıb.
Mkrtçyanın komandası UEFA Konfrans Liqasında Azərbaycanın “Zirə” klubu ilə oyunda iştirak etməyəcək.
Qərar "Osijek" rəhbərliyinin "futbolçunun təhlükəsizliklə bağlı narahatlıqlar"a əsaslanaraq qəbul edilib.
Bu görüş UEFA Konfrans Liqasının seçmə mərhələsinin “Zirə” ilə cavab oyunudur və ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Telegram kanalımız