Erməni futbolçular niyə sərbəst buraxıldı? - Prokurorluqdan izah

saytların hazırlanması

Evə çatdırılma

Erməni futbolçular niyə sərbəst buraxıldı? - Prokurorluqdan izah

Kriminal

08 Sentyabr 2023 12:40 1059


Bayrağımızı təhqir edən 3 erməni əsilli futbolçu barəsində cinayət işinə xitam verilməsi Azərbaycan dövlətinin humanist mövqeyinin nümunədir.

Yenisabah.az xəbər verir ki, bunu Baş Prokurorluğun “instaqram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Azərbaycan yaşayan bütün xalqlara, millətlərə fərq qoyulmur və hamının hüquqları bərabərdir.

“Onların ilk cinayətlərini törətdikləri və səmimi peşmançılığı nəzərə alınıb. Onların əməllərində qanunsuzluq qalmışdı. Onlar etdikləri cinayətləri internet resurslarına yaymışdılar. Həmin şəxslər internetdə qadağa olunmuş məlumatı yerləşdirilmişdilər. Sırf bu səbəbdən inzibati qaydada 10 gün müddətinə həbs tənbeh cəzası verilib”, Nemət Əvəzov deyib

Qeyd edək ki, 3 erməni futbolçunun 10 günlük inzibati həbs müddəti ötən gün başa çatıb və onlar Ermənistan tərəfə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!