Erməni general ordunu Yerevan və Xankəndində çevriliş etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Erməni general ordunu Yerevan və Xankəndində çevriliş etməyə çağırdı

Siyasət

15 Fevral 2021 15:19 1095


Birinci Qarabağ müharibəsinin “qəhrəmanlarından” olan əsgəranlı  qondarma general  Arşavir Qaramyan ordunu Yerevanda və Xankəndində çevriliş etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki,  əsgəranlı “general” bu haqda özünün Facebook səhifəsində yazıb.

Birbaşa olmasa da dolayısı ilə erməni ordusuna (daha doğrusu onun müharibədən şil-küt olub çıxmış qalıqlarına) Yerevanda və Xankəndində hakimiyyəti ələ almağı təklif edib.

Qaramyanın fikrincə, Qarabağın itirilməsi Yerevanda və Xankəndində erməni millətinin məğlubiyyəti ilə başlayıb. “Ona görə də "artsax"ın azad edilməsi də Yerevanda və Stepanakertdə (Xankəndi) erməni ordusunun qələbəsi ilə başlamalıdır”, - deyə o yazıb.

Qaramyanın bu tezisindən irəli gələn məna budur ki, ermənilər Qarabağdakı məğlubiyyətə görə revanşa can atırlarsa əvvəlcə ordu Yerevanda və Xankəndində “qalib gəlməlidir”, yəni hakimiyyəti ələ almalıdır.

Qaramyan bundan əvvəl erməniləri “yuxudan ayılmağa” çağırmışdı və bildirmişdi ki, daha Qarabağın Ermənistan olmadığını dərk etməyin zamanıdır.

Arşavir Qaramyan Dağlıq Qarabağda fəaliyyət göstərən qurama hərbi xunta rejiminin rəhbərlərindən biri olub, birinci müharibədən sonra bu rejimdə “təhlükəsizlik şurasının katibi” və “daxili işlər naziri”, “baş prokuror”  kimi səs-küylü vəzifələr tutub. 2018-ci ildən isə bu rejimin sıralarından uzaqlaşdırılıb. (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!