Ümumiyyətlə, müharibə zamanı Baş Qərargahın yanlış və ya uydurma məlumat ötürməsinin necə mümkün olması barədə heç bir fikrim yoxdur.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan deyib.
O, baş nazir Nikol Paşinyanın 44 günlük müharibəni araşdıran komissiyadakı çıxışını şərh edib:
“Yanlış məlumatı kim deyib, kimə deyib, qoy aidiyyatı qurumlar cavab versin, mən onunla heç bir mövzuda danışmamışam. Bu, özünə haqq qazandırmaq üçün təqsiri başqasının üzərinə yıxmaq istəyən yalançı və qorxağın çıxışı idi. Tutaq ki, Paşinyan düz deyir, aydın deyilmi ki, bu kateqoriyadan olan insan özünü bu qədər ucuzlaşdırmamalıdır, bəhanə axtarmamalıdır? Qoy yalan da, həqiqət də üzə çıxsın".
Telegram kanalımız