"Ağır sosial şəraitdə yaşamaları, ailə problemlərinin olması müqavilə əsasında hərbçilərin xidmətində də özünü əks etdirir".
Bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan avqustun 3-də Dilicanda jurnalistlərin hərbçilərin intiharı ilə bağlı sualını cavablandırarkən deyib.
“Komandirlər hərbçilər arasında təbliğat aparmasaydı, intihar hadisələrinin sayı iki deyil, on iki olardı. Bu il 2 ya 3 intihar hadisəsinin qarşısı alınıb”, - deyə o vurğulayıb.
Report
Telegram kanalımız