Erməni hərbçilər NATO ilə əməkdaşlığı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Erməni hərbçilər NATO ilə əməkdaşlığı müzakirə etdi

Dünya

01 May 2024 16:46 319


Ermənistan və NATO arasında hərbi əməkdaşlıq proqramlarının genişləndirilməsi imkanları blokun mənzil-qərargahında İrəvan və alyans nümayəndələri tərəfindən müzakirə edilib.

Yenisabah.az xəbər verir ki, Ermənistanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini polkovnik Artur Yeroyanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

O, NATO qərargahında və NATO-nun Müdafiə Təhsilinin İnkişafı üzrə illik müzakirələrə qatılıb.

Proqram çərçivəsində Ermənistanın hərbi təhsil müəssisələrinə və təlim mərkəzlərinə göstərilən dəstəyin nəticələri və əməkdaşlığın yeni istiqamətləri açıqlanıb.

A. Yeroyan NATO-nun Beynəlxalq Hərbi Qərargahının təhlükəsizlik üzrə əməkdaşlıq üzrə direktoru general-leytenant Dacan Tiberiu Şerbanla da görüşüb.

Ermənistan-NATO arasında mövcud hərbi əməkdaşlıq proqramları və onların genişləndirilməsi imkanları müzakirə edilib.

Tərəflər 2024-cü il üçün əməkdaşlıq proqramını razılaşdırıb və 2025-ci il üçün əməkdaşlıq perspektivlərini müəyyən ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!