Erməni hərbçilərin azad edilməsi humanitar jestdir - Aİ rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

Erməni hərbçilərin azad edilməsi humanitar jestdir - Aİ rəsmisi

Siyasət

09 Sentyabr 2022 09:31 890


Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabında yazıb. 

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,- deyə Klaar vurğulayıb.

Qeyd edək ki, ötən gün Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!