Ermənistan Respublikası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Arsen Manukyanın ölümünün bir sıra halları müəyyən edib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, ilkin məlumat bu cür olub: iyulun 14-də səhər saat 10:25 radələrində Arsen Manukyan döyüş mövqeyində olarkən xidməti pulemyotdan özünə ölümcül güllə yarası vurub.
Sonradan Manukyanın əsgər yoldaşına qarşı Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 3-cü bəndləri ilə cinayət təqibinin başlanması üçün prokurorluğa vəsatət verilib.
İstintaq davam edir.
Telegram kanalımız