Erməni hərbçisi döyüş mövqeyində ölümcül yaralandı - Azərbaycan MN açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Erməni hərbçisi döyüş mövqeyində ölümcül yaralandı - Azərbaycan MN açıqlama yaydı

Maraqlı

22 Mart 2023 20:16 1533


Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. 

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir. 

"Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür", - Nazirlik qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!