“Əgər indiki hökumət “Artsax”ın beynəlxalq tanınması gündəliyinə qarşı çıxmaqda davam edərsə, bu növbədənkənar seçkilərlə əvəz olunacaq”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu “Hamaxbum” (Birləşmə) hərəkatının üzvü Avetik Çalabyan bildirib.
“Ermənistanın hazırkı hökuməti ictimai rəydən asılıdır, buna görə də o, ictimai rəylə kütləvi şəkildə manipulyasiya etməklə məşğuldur. Bununla belə, onlara “Artsax”la bağlı ictimai rəyi pozmağa imkan verilməməlidir, çünki Ermənistan əhalisinin ən azı 95%-i hesab edir ki, “Artsax” Azərbaycanın bir hissəsi olmamalıdır. Bu fikri Ermənistan hakimiyyətinə təlqin etmək lazımdır”, – deyə Çalabyan qeyd edib.
O qeyd edib ki, sülh Azərbaycanın maraqlarına uyğundur.
Telegram kanalımız