Erməni jurnalist axtarışa verildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Erməni jurnalist axtarışa verildi - FOTO

Maraqlı

18 Avqust 2023 17:44 949


Erməni jurnalist və bloger Karen Şahinyan Rusiyada axtarışa verilib. 

Yenisabah.az xəbər verir ki, onun adı Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olan şəxslərin məlumat bazasına daxil edilib.

Şahinyan özü "Mediazona"ya bildirib ki, ona qarşı hansı maddə ilə cinayət işi qaldırıldığın barədə məlumatlı deyil.

Karen Şahinyana qarşı cinayət işinin başlanması faktı iyulun 14-də məlum olub."Rosfinmonitorinq" onu terrorçular və ekstremistlər siyahısına əlavə edib.

Qeyd edək ki, Şahinyan Rusiyada yaşayan LGBT fərdlərindən bəhs edən "YouTube" kanalını idarə edir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!