Erməni jurnalistlər Bakının mərkəzindən şəkil paylaşdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Erməni jurnalistlər Bakının mərkəzindən şəkil paylaşdı - Foto

Hadisə

23 Noyabr 2019 17:49 1901


Bakıda səfərdə olan Ermənistandan olan jurnalistlər paytaxtın mərkəzindən şəkil paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilən səfər zamanı Bakıya gələnlər “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”-nin əməkdaşı Edqar Elbakyandır..

Azərbaycandan  Ermənistana  isə “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib. /modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!