Erməni jurnalistlər Laçın yoluna buraxılmadı 

saytların hazırlanması

Evə çatdırılma

Erməni jurnalistlər Laçın yoluna buraxılmadı 

Rəsmi

12 Dekabr 2022 16:15 1002


Gorus-Xankəndi yolunda aksiya keçirilən əraziyə Ermənistan dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb. 

Yenisabah.az xəbər verir ki, Rusiya sülhməramlıları erməni jurnalist olduqları ehtimal edilən şəxslərin əraziyə yaxınlaşmasına icazə verməyiblər.  Həmin şəxslər geri qayıtmaq tələbinə məcburən riayət ediblər.

Qeyd edək ki, bu gün Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal bu gün Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!