"Bu gün ölümcül müharibənin başlamasından bir il keçir. Hər kəs bir şəkildə bu günü xatırlayır, qurbanlarımızın xatirəsini anır, baş verənləri ümumiləşdirməyə və təhlil etməyə çalışır. Təbii ki, əsas sual budur: niyə uduzduq?"
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Qəzet daha sonra bunları qeyd edib: "Kimin günahkar olduğu hələ də, aydınlaşmayıb. Müharibənin məğlubiyyətinin günahını keçmiş hakimiyyətin, ordu komandirlərinin və ordunun təchizatçılarının üzərinə atmaq üçün indiki hakimiyyət tərəfindən edilən bütün səylərə baxmayaraq, əvvəlki illərdə məğlubiyyətin səbəblərini axtaranların sadə populizm və beyin yuma ilə məşğul olduqları aydındır. Hansı ki, qismən uğurlu oldular. Ancaq düşünən və ağlı olan insanlar bütün bunları başa düşürlər. 2020-ci ildə Tovuzqalada (Tavuş) baş verənlərdən sonra ordumuzun məğlubedilməz olduğunu söyləyən yüksək səslər olmasaydı, pafoslu çıxışlar, verilən medallar və titullar olmasaydı, bu məğlubiyyətə inanmaq olardı".
Nəşr yazıb ki, Paşinyanın aldığı natamam SU-lar, keçirilən hərbi təlimlərdə yalançı pafoslu çıxışlar, "Yeni müharibə, yeni ərazilər", "müharibə istəyirsənsə, müharibəni alacaqsan", "Qarabağ Ermənistandır və nöqtə", "sıfırdan danışıqlar", “Qarabağın havası 100% qorunur" və s. şüarlar səslənməsəydi, bütün bunlar olmazdı:
“Düşünərdik ki, müdafiə qabiliyyətimiz 30 ildir zəifdir və Ermənistan hakimiyyəti 3 ildə bu boşluğu doldura bilməmişdir. Elə buna görə də bu müharibə olmazdı. Çünki pul yalnız səyahətlər, bonuslar, asfalt üçün kifayət idi, amma ordu üçün yox.”
“Ancaq bu gün insanlar ordumuzun silah təchizatının yaxşı olmaması, müharibəyə hazır olmamağımızın, düşmənin strateji obyektlərimizin, hərbi hissələrimizin koordinatlarını dəqiqliklə bilməsinin və qüsursuz hərəkət etməsində kimin günahkar olduğu ilə çox maraqlanır. Ordumuz, savaşmasına baxmayaraq, daim geri çəkilirdi və təəssüf ki, Şuşanı belə əlimizdə saxlaya bilmədik. Bu məsələnin araşdırılması, sadə insanlar, mətbuat, müxalifət tərəfindən həyata keçirilə bilməz. Bunu yalnız dövlət, dövlət qurumları və hüquq-mühafizə orqanları edə bilər” - deyə məqalədə vurğulanır.
“Müharibədən sonra Qarabağdan Ermənistana qanunsuz silah-sursat daşınması və saxlanması barəsində 191 cinayət işi açılmış, üstəlik, 8 nəfər barəsində həbs qətimkan tədbiri seçilmiş 84 nəfərə ittiham irəli sürülüb. Sadə dillə desək, müharibə edən bir ölkədə, müharibədən sonra insanlar Qarabağdan qanunsuz silah-sursat saxlamaqda və daşımaqda günahlandırılır və hətta mühakimə olunur. Məsələn, evi türklərdən 100 metr aralıda yerləşən Şurnuxuda və ya Şahverdilərdə (Vorotan) yaşayan şəxs qanunsuz silah saxladığı üçün mühakimə oluna bilər. Budur, ölkəmizdəki ədalət” - deyə müəllif fikrini tamamlayır.
Rafi Müslümov
Telegram kanalımız