Erməni məhbusların valideynləri magistral yolu bağladı

saytların hazırlanması

Evə çatdırılma

Erməni məhbusların valideynləri magistral yolu bağladı

Rəsmi

11 Aprel 2023 14:10 843


Hadrut rayonunun Çaylaqqala kəndində həbs olunan erməni hərbçilərin yaxınları hazırda Gümrü-Bavra dövlətlərarası yolunu bağlayıb.

Yenisabah.az “Aravot”a istinadla xəbər verir ki, aksiya iştirakçıları övladlarının qaytarılmasını tələb edirlər.

Etiraza çıxan terrorçuların yaxınları bildiriblər: “Nə hökumət üzvləri ilə, nə də Xarici İşlər Nazirliyinin nümayəndələri ilə artıq görüşə ehtiyacımız yoxdur. Keçən həftə İrəvana getdik, bizi Xarici İşlər Nazirliyinin binasına belə buraxmadılar. Övladlarımıza sağ və sağlam görmək istəyirik”.

Xatırladaq ki, 2020-ci ildə dekabrın 13-də Hadrut rayonunun Çaylaqqala kəndində 62 erməni hərbçisi həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!