Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.
Yenisabah.az “İravunk”a istinadla xəbər verir ki, o, diplomatik xidmət sahəsində yeni vəzifəyə təyin olunacaq.
Suren Papikyan və Baş nazir Nikol Paşinyan artıq bu barədə razılığa gəliblər və qərar birgə olub.
Bununla da Baş nazir iki problemi birdən həll edəcək: Papikyanı işdən çıxarmaq tələbini yerinə yetirəcək, Geqarkunikdə (Göyçə) 15 hərbçinin ölümündən sonra ictimaiyyətdə yaranmış narazılığı azaldacaq.
Telegram kanalımız