Erməni müxalifəti Paşinyanın istefası tələbi ilə ölkə üzrə tətilə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Erməni müxalifəti Paşinyanın istefası tələbi ilə ölkə üzrə tətilə hazırlaşır

Siyasət

16 Dekabr 2020 22:32 719


Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər dekabrın 22-də ümumi tətil təşkil etməyi, kütləvi etiraz aksiyaları keçirməyi və hökumət binasını mühasirəyə almağı düşünürlər.

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu müxalif “Daşnaksutyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Sağatelyan yürüş zamanı bildirib.

“Çərşənbə axşamı (22 dekabr - red.) bütün ölkə ərazisində ümumtətil və kütləvi etiraz aksiyalarına başlayırıq, saat 12:00-da hökumət binasını mühasirəyə alacağıq”, - Sağatelyan belə deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!