Erməni müxalifəti yenidən Fransa meydanına toplaşır

saytların hazırlanması

Evə çatdırılma

Erməni müxalifəti yenidən Fransa meydanına toplaşır

Rəsmi

17 May 2022 09:31 569


Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti bu gün səhər saatlarında İrəvanın müxtəlif yerlərində küçələri bağlayaraq vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

Yenisabah.az “Yerkir Media” telekanalına istinadla xəbər verir ki, polis artıq həbslərə başlayıb.

Bir müddət əvvəl Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan irimiqyaslı itaətsizlik aksiyalarının başlayacağını, yolların bağlanacağını, nəqliyyatın dayandırılacağını, paytaxtın iflic ediləcəyini açıqlayıb. 

Onun sözlərinə görə, bu gün də İrəvanın Fransa meydanında mitinq keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!